Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
234
25.04.2025, 14:24
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC “Yelo Bank” ilə əməkdaşlığı genişləndirib.
“AzInTelecom” tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza ilə “Yelo Bank” fərdi sahibkar müştərilərinə kredit verilməsi prosesi tam rəqəmsallaşdırılıb. Artıq bankın sahibkar müştəriləri “SİMA İmza”dan istifadə edərək kredit müqaviləsini rahatlıqla imzalaya bilərlər.
Xidmət çərçivəsində bank əməkdaşı müştəriyə xüsusi QR kod təqdim edir. Müştəri isə “SİMA İmza” mobil tətbiqində öz sahibkar sertifikatı ilə QR kodu skan edib sənədlərlə tanış olur və bir kliklə bütün sənədləri imzalayır. Bu imkan sayəsində sahibkar həm növbə gözləmir, həm vaxtına qənaət edir, həm də kağız sənədlərlə iş prosesindən azad olur.
Qeyd edək ki, 2022-ci ildən “SİMA İmza”nın tərəfdaşı olan “Yelo Bank”ın mobil tətbiqində “SİMA İmza” ilə qeydiyyatdan keçmək, onlayn əmanət yerləşdirmək və müxtəlif maliyyə əməliyyatlarını asanlıqla həyata keçirmək imkanı da yaradılıb.
SİMA yeni nəsil rəqəmsal imza ilə xidmət mərkəzlərindən asılılığa son qoyulur, qurumların iş yükü və xərcləri azalır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran və hüquqi olaraq əl imzasına bərabər tutulan “SİMA İmza” biznes proseslərini sürətləndirir. Maliyyə əməliyyatları zamanı SİMA-nın üztanıma texnologiyası sayəsində təhlükəsizlik və etibarlılıq təmin edilir. Mobil tətbiqi yükləməklə əldə olunan SİMA yeni nəsil rəqəmsal imza haqqında daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.